14 Sentyabr 2024 11:57
213
DÜNYA
A- A+

Yupiterin peykində nəhəng vulkan tapılıb

 

Elm adamları Yupiterin peyki olan “Io”da nəhəng yeni aktiv vulkan aşkar ediblər. O, “Io” ekvatorunun cənubunda əvvəllər heç bir vulkanik xüsusiyyətin aşkar edilmədiyi ərazidə ortaya çıxıb. Tədqiqatçılar onu 1997-ci ildə Galileo kosmik aparatı tərəfindən eyni bölgədən çəkilmiş şəkillərlə müqayisə etdikdə tapıblar.

Araşdırmalar nəticəsində bu nəhəng vulkanik quruluşun son 27 ildə meydana gəldiyi müəyyən olunub. “JunoCam” tərəfindən çəkilən görüntülər vulkanın şərq tərəfində qırmızı ləkələrlə örtülmüş ərazinin olduğunu göstərir. Alimlər bu qırmızı ləkələrin kosmosa atılan kükürdün “Io” səthinə geri enməsi nəticəsində yarandığını düşünürlər. Qərb tərəfində isə 2 tünd lava axını və təxminən 100 kilometr uzunluğunda 2 boz dairəvi çöküntü var.

“JunoCam” 2023 və 2024-cü illərdə planetdə aktiv vulkanik birləşmələrlə əlaqəli 9 fərqli püskürmə və yeni lava axınları kimi səth dəyişikliklərini müşahidə edib. Təxminən Ay ölçüsündə olan “Io” Yupiter və digər Qaliley peykləri Avropa və Qanimed arasında sıxışdırılmış vəziyyətdədir. Bu vəziyyət bir-biri ilə rəqabət aparan cazibə qüvvələri səbəbindən “Io”nun daxili strukturunda çoxlu sürtünmə əsaslı istilik yaradır. Bu səbəbdən vulkan püskürmələri daim peykin səthini bombalayır. Bu partlayışların ərimiş kükürd və onun komponentlərini atdığı güman edilir.

 

Ülkər XASPOLADOVA,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

BEÇAÇəCAŞəBz
 123456
78910111213
14151617181920
21222324252627
282930    
Video