Avropa Azərbaycanla strateji əməkdaşlığın inkişafında maraqlıdır
Prezident İlham Əliyevin yaxın günlərdə İtaliyaya işgüzar səfəri yalnız ikitərəfli əlaqələrin inkişaf etdirilməsi baxımından əlamətdar olmadı. Bu səfər həm də Azərbaycanın beynəlxalq münasibətlər sistemindəki aparıcı rolunun, qlobal səviyyədə yüksək nüfuzunun növbəti təsdiqinə çevrildi. İtaliyanın Avropa İttifaqının ən böyük və aparıcı dövlətlərindən biri olduğunu nəzərə alsaq, bu səfəri həm də Aİ üzvlərinin respublikamıza olan münasibəti kimi dəyərləndirə bilərik.
Azərbaycandan təbii qaz alan 10 dövlətdən 7-si Aİ üzvüdür
İtaliyada keçirilən Çernobbio Beynəlxalq Forumunda jurnalistlərin suallarını cavablandıran Macarıstanın Baş naziri Viktor Orbanın söylədiyi fikirlər də deyilənləri təsdiq edir. Belə ki, Viktor Orban Azərbaycanı Avropa İttifaqı üçün strateji əhəmiyyətli ölkə adlandırıb. "Azərbaycan Avropa ilə sıx əməkdaşlıq edir. Hazırda Azərbaycan strateji əhəmiyyətə malik ölkəyə çevrilib. Ona görə də Avropa Şurasının sədri kimi, biz Azərbaycanla strateji əməkdaşlığın inkişafını dəstəkləyirik", - deyə Macarıstan hökumətinin başçısı deyib.
Viktor Orbanın söylədiyi fikirlər real arqumentlərə, reallıqlara söykənir və bu sözlərin daşıdığı həqiqət yükünü dəqiqləşdirmək üçün xüsusi baş sındırmağa ehtiyac yoxdur. Öncə onu qeyd edək ki, Azərbaycanın yerləşdiyi regionun aparıcı dövləti və lideri olması uzun illərdir ki, qlobal səviyyədə öz təsdiqini tapan gerçəklikdir. Respublikamızın bütün sahələrdə müstəqil siyasət yürütməsi, qlobal məsələlərdə özünün aydın və konkret mövqeyinin olması, dünyada sülhə və təhlükəsizliyə mühüm töhfələr verməsi beynəlxalq miqyasda qəbul edilən reallıqlardır.
Azərbaycanın beynəlxalq tranzit qovşağına çevrilməsi, Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri, Bakı-Tbilisi-Qars dəmir yolu xətti və "Cənub qaz dəhlizi" kimi nəhəng layihələrin reallaşmasına nail olması da dünyanın diqqətində olan hadisələrdir. Bunları Avropa dövlətləri, o cümlədən Aİ üzvləri də görürlər. Təsadüfi deyil ki, Aİ-yə üzv dövlətlərin 10-u ilə Azərbaycan arasında strateji tərəfdaşlıq adlanan sənədlər və bəyannamələr imzalanıb.
Azərbaycan həm də Avropa ölkələrinin enerji təhlükəsizliyinin təmin olunmasına dəstək verən dövlətdir. Azərbaycandan təbii qaz alan dövlətlərdən 7-si Aİ üzvüdür. "Hazırda 10 ölkə Azərbaycandan qaz alır və onlardan 7-si Avropa İttifaqının üzvüdür. Bu səbəbdən Avropa Komissiyası Azərbaycanı ümumavropa qaz təchizatçısı və etibarlı tərəfdaş adlandırır", - deyə Prezident İlham Əliyev bildirib.
Avropada Azərbaycanın etibarlı tərəfdaş olduğunu yaxşı bilirlər
Onu da qeyd edək ki, Azərbaycanın enerji marşrutlarının daha da genişləndirilməsi ilə bağlı təşəbbüsləri həmişə alternativ nəql imkanlarının axtarışında olan Avropa İttifaqının xüsusilə diqqət yetirdiyi məsələlərdən biridir. 2022-ci il iyul ayının 18-də Bakıda "Azərbaycan Respublikası ilə Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu"nun imzalanması da göstərir ki, Azərbaycan Aİ üçün, Viktor Orbanın təbirincə desək, strateji əhəmiyyətli ölkədir.
Azərbaycan Avropaya doğru həm də elektrik enerjisi körpüsü salır. Xatırladaq ki, 2022-ci ilin dekabrında Rumıniyanın paytaxtı Buxarestdə "Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında "yaşıl enerji"nin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş" imzalanıb. Tezliklə Azərbaycan Avropaya elekrtik enerjisi də ixrac edəcək.
Son illərdə Avropa enerjiyə tarixdə görünməmiş dərəcədə ehtiyac duyur. Bununla bağlı müzakirələr aparan Aİ-yə üzv dövlətlər Azərbaycanın bu sahədəki imkanlarını və eyni zamanda ölkəmizin etibarlı tərəfdaş olduğunu yaxşı bilirlər. Ona görə Macarıstanın Baş naziri Viktor Orbanın dediyi kimi, Avropa Azərbaycanla strateji əməkdaşlığın inkişafını dəstəkləyir.
Rəşad CƏFƏRLİ,
"Azərbaycan"
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Fərhad Bədəlbəyli: Sevindirici haldır ki, Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı möhtəşəm xara...
14 Sentyabr
Müdafiə nazirinin müavini 11-ci Pekin Syanşan Forumunda iştirak edib
14 Sentyabr
Əsəd Suriyada yeni hökumətin qurulmasına göstəriş verib
14 Sentyabr
BMT Baş katibinin müavini: Söz azadlığının müdafiəçisi olduqlarını iddia edən ölkələr medianı təhdid...
14 Sentyabr
Türkiyədə törədilən terror aktının təşkilatçılarından biri ələ keçirilib
14 Sentyabr
Gözəl Zutova: Mən hətta rəqibimi yerindən tərpədə bilmədim
14 Sentyabr
Rusiyada təyyarə qəzaya düşdü
14 Sentyabr
MSK deputatlığa namizədliyi qeydə alınmış Qələndər Muxtarlının şikayətini təmin etməyib...
14 Sentyabr
Formula 2: Sprint yarışının qalibi mükafatlandırılıb
14 Sentyabr
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilir
14 Sentyabr
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
Qüdrətli dövlət, güclü ordu, yüksək rifah11 Sentyabr 2024

İstək və arzu başqadır, həqiqət və reallıq isə bambaşqa!10 Sentyabr 2024

Ümumavropa qaz təchizatçısı08 Sentyabr 2024

Riyakarlıq xəstəliyi04 Sentyabr 2024

Xankəndidə seçki izdiham02 Sentyabr 2024
Azad və demokratik ənənənin təntənəsi31 Avqust 2024

OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!
TƏQVİM / ARXİV
BE | ÇA | Çə | CA | Cü | Şə | Bz |
1 | 2 | 3 | 4 | 5 | 6 | |
7 | 8 | 9 | 10 | 11 | 12 | 13 |
14 | 15 | 16 | 17 | 18 | 19 | 20 |
21 | 22 | 23 | 24 | 25 | 26 | 27 |
28 | 29 | 30 |