13 Sentyabr 2024 12:26
140
CƏMİYYƏT
A- A+

Şərqi Zəngəzurda fəaliyyət göstərən vergiödəyicilərinin monitorinqi aparılır

 

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) Şərqi Zəngəzur Ərazi Vergilər İdarəsi tərəfindən Zəngilan rayonunun Ağalı kəndində Cəbrayıl, Zəngilan və Qubadlı rayonlarında sahibkarlıq fəaliyyəti ilə məşğul olan vergiödəyiciləri ilə görüş keçirilib.

Dövlət Vergi Xidmətindən AZƏRTAC-a bildirilib ki, müxtəlif sahələrdə (ticarət, istehsal, xidmət və s.) fəaliyyət göstərən 30-dan çox mikro və kiçik sahibkarlıq subyektinin iştirak etdiyi görüşdə vergiödəyicilərinin dövlət qeydiyyatı və uçotu ilə bağlı məsələlər, təsərrüfat subyektlərinin (obyektlərinin) və uçot vahidlərinin (NKA, POS-terminal və s.) uçotuna dair tələblər, vergiödəyicilərinə göstərilən xidmətlər və işğaldan azad edilmiş ərazilərdə tətbiq olunan vergitutmanın xüsusiyyətləri barədə məlumat verilib, sahibkarların vergi qanunvericiliyinin tətbiqi və inzibatçılığı sahəsində rastlaşdıqları çətinliklər dinlənilib.

Tədbirdə çıxış edən Qarabağ Ərazi Vergilər Baş İdarəsinin rəisi Ələkbər Məmmədov işğaldan azad olunmuş ərazilərdə sahibkarlığın inkişafı istiqamətində dövlət tərəfindən atılan addımlar, tətbiq edilən güzəştlər, zəruri olan tələblər və qaydalar, həmçinin sosial sığorta subsidiyalaşdırılması, kommunal xidmətlər üçün təqdim olunan güzəştlər barədə ətraflı məlumat verib. Bildirib ki, bu ərazilərdə tətbiq edilən xüsusi yanaşma, sahibkarlığın inkişafına yönəlmiş dəstək mexanizmləri, insanların və işçi qüvvəsinin cəlb olunması, infrastrukturun böyüməsi baxımından önəm kəsb edir.

Şərqi Zəngəzur Ərazi Vergilər İdarəsinin rəisi Çingiz Quliyev qeyd edib ki, hazırda Dövlət Vergi Xidmətinin əməkdaşları tərəfindən Şərqi Zəngəzur ərazisində fəaliyyət göstərən vergiödəyicilərinin monitorinqi aparılır. Monitorinqin əsas məqsədi sahibkarlıq subyektlərinin vergi orqanında qeydiyyatda olmalarının qiymətləndirilməsidir ki, məhz bu zəruri məqam onlara təklif edilən vergi güzəştlərindən yararlanmağa şərait yaradacaq.

Sonda sahibkarları maraqlandıran suallar cavablandırılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

BEÇAÇəCAŞəBz
 123456
78910111213
14151617181920
21222324252627
282930    
Video