Milli Məclisin sədri Sahibə Qafarova Sankt-Peterburqda MDB PA Şurasının iclasında iştirak edib
Milli Məclisin Sədri Sahibə Qafarova iyulun 12-də Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinə işgüzar səfəri çərçivəsində Müstəqil Dövlətlər Birliyinə üzv ölkələrin Parlamentlərarası Assambleyası (MDBPA) Şurasının iclasında iştirak edib.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, iclasda bir sıra təşkilati məsələlər müzakirə olunub və müvafiq qərarlar qəbul edilib.
Azərbaycan Respublikasında keçirilən növbədənkənar prezident seçkilərində MDB PA müşahidəçilərinin iştirakı haqqında məsələnin müzakirəsi zamanı çıxış edən spiker Sahibə Qafarova deyib ki, seçkilərdə aidiyyəti dövlət orqanları tərəfindən prosesin ən yüksək səviyyədə keçirilməsi üçün hər cür şərait yaradılıb, seçki prosesinin tam şəffaflığı təmin edilib ki, seçicilər öz iradələrini sərbəst və maneəsiz ifadə edə bilsinlər. Bunu beynəlxalq müşahidəçilər də ifadə ediblər.
Seçkilərin monitorinqində 89 ölkəni və 72 beynəlxalq təşkilatı, o cümlədən 22 parlamenti və 12 parlamentlərarası təşkilatı təmsil edən 790 beynəlxalq müşahidəçinin iştirak etdiyini xatırladan Milli Məclisin sədri seçkilərlə bağlı əsas məsələ olaraq, onu qeyd edib ki, bu seçkilərdə xalqımız ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş Azərbaycanın gələcək inkişafına səs verib. Qeyd olunub ki, İlham Heydər oğlu Əliyev seçkilərdə iştirak etmiş seçicilərin 92 faizdən çoxunun səsini toplayaraq yenidən Azərbaycan Respublikasının Prezidenti seçilib.
Çıxışında Sahibə Qafarova deyib ki, seçki proseslərinin müşahidəsi MDB PA çərçivəsində əməkdaşlığın mühüm sahəsidir. Bu, seçki prosesinin təşkili və keçirilməsi sahəsində təcrübə mübadiləsi kimi üzv dövlətlərin ərazisində demokratiyanın və qanunun aliliyinin inkişafına töhfə verir. Bu baxımdan MDB PA-nın Demokratiyanın, parlamentarizmin inkişafının və vətəndaşların seçki hüquqlarına riayət olunmasının monitorinqi beynəlxalq İnstitutunun (DİMBİ), o cümlədən onun Bakı filialının seçkilərin müşahidəsi prosesində fəaliyyəti və verdiyi töhfə də xüsusi diqqətə layiqdir.
Spiker Sahibə Qafarova çıxışında seçki proseslərinin monitorinqi sahəsində əməkdaşlığın davam etdirilməsinin əhəmiyyətini vurğulayaraq, Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən 2024-cü il sentyabrın 1-də ölkəmizdə növbədənkənar parlament seçkilərinin keçiriləcəyi haqda məlumat verib.
"Azərbaycan"
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Fərhad Bədəlbəyli: Sevindirici haldır ki, Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı möhtəşəm xara...
14 Sentyabr
Müdafiə nazirinin müavini 11-ci Pekin Syanşan Forumunda iştirak edib
14 Sentyabr
Əsəd Suriyada yeni hökumətin qurulmasına göstəriş verib
14 Sentyabr
BMT Baş katibinin müavini: Söz azadlığının müdafiəçisi olduqlarını iddia edən ölkələr medianı təhdid...
14 Sentyabr
Türkiyədə törədilən terror aktının təşkilatçılarından biri ələ keçirilib
14 Sentyabr
Gözəl Zutova: Mən hətta rəqibimi yerindən tərpədə bilmədim
14 Sentyabr
Rusiyada təyyarə qəzaya düşdü
14 Sentyabr
MSK deputatlığa namizədliyi qeydə alınmış Qələndər Muxtarlının şikayətini təmin etməyib...
14 Sentyabr
Formula 2: Sprint yarışının qalibi mükafatlandırılıb
14 Sentyabr
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilir
14 Sentyabr
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
Qüdrətli dövlət, güclü ordu, yüksək rifah11 Sentyabr 2024

İstək və arzu başqadır, həqiqət və reallıq isə bambaşqa!10 Sentyabr 2024

Ümumavropa qaz təchizatçısı08 Sentyabr 2024

Riyakarlıq xəstəliyi04 Sentyabr 2024

Xankəndidə seçki izdiham02 Sentyabr 2024
Azad və demokratik ənənənin təntənəsi31 Avqust 2024

OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!
TƏQVİM / ARXİV
BE | ÇA | Çə | CA | Cü | Şə | Bz |
1 | 2 | 3 | 4 | 5 | 6 | |
7 | 8 | 9 | 10 | 11 | 12 | 13 |
14 | 15 | 16 | 17 | 18 | 19 | 20 |
21 | 22 | 23 | 24 | 25 | 26 | 27 |
28 | 29 | 30 |