İtaliya mətbuatı Azərbaycanın Vatikanda Müqəddəs Yubiley İlinə töhfəsindən yazıb
İtaliyanın aparıcı kütləvi informasiya vasitələri Heydər Əliyev Fondunun Vatikanda bəşəri əhəmiyyət daşıyan tarixi abidələrin bərpasına və mədəni irsin qorunması sahəsində işlərə verdiyi növbəti töhfədən yazıb.
AZƏRTAC xəbər verir ki, “Giornale Diplomatico”, “il Messaggero”, “Askanews”, “La Cronaca di Roma”, “Virgilio”, “Zazoom” kimi mətbu orqanların dərc etdiyi materiallarda Vatikan şəhər dövləti üzrə qubernatorluqla Heydər Əliyev Fondu arasında Müqəddəs Pavel Bazilikasında bərpa işlərinə dair müqavilənin imzalandığı diqqətə çatdırılır. Bildirilir ki, sənədi Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov və Vatikan şəhər dövləti üzrə qubernatorluğun prezidenti kardinal Fernando Vergez Alzaqa imzalayıblar.
Yazılarda Azərbaycan nümayəndə heyətinin səfər çərçivəsində kardinal Fernando Vergez Alzaqa və digər rəsmi şəxslərlə görüş keçirdiyi, ölkəmiz ilə Müqəddəs Taxt-Tac arasında əlaqələrin, Heydər Əliyev Fondu ilə birgə layihələrin müzakirə olunduğu qeyd edilir.
Bildirilir ki, bərpa işləri 2025-ci ildə Vatikanda hər 25 ildən bir təşkil olunan Müqəddəs Yubiley İli zamanı ziyarətçilərin bu dini ocağa təhlükəsiz girişinin təmin edilməsi məqsədilə aparılır. Müqəddəs Yubiley İli çərçivəsində 30 milyondan çox katolik zəvvarın bu kilsəni ziyarət etməsi gözlənilir. Vatikanın ən böyük abidələrindən olan Müqəddəs Pavel Bazilikası 1980-ci ildən UNESCO-nun Ümumdünya İrs Siyahısına daxildir.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Fərhad Bədəlbəyli: Sevindirici haldır ki, Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı möhtəşəm xara...
14 Sentyabr
Müdafiə nazirinin müavini 11-ci Pekin Syanşan Forumunda iştirak edib
14 Sentyabr
Əsəd Suriyada yeni hökumətin qurulmasına göstəriş verib
14 Sentyabr
BMT Baş katibinin müavini: Söz azadlığının müdafiəçisi olduqlarını iddia edən ölkələr medianı təhdid...
14 Sentyabr
Türkiyədə törədilən terror aktının təşkilatçılarından biri ələ keçirilib
14 Sentyabr
Gözəl Zutova: Mən hətta rəqibimi yerindən tərpədə bilmədim
14 Sentyabr
Rusiyada təyyarə qəzaya düşdü
14 Sentyabr
MSK deputatlığa namizədliyi qeydə alınmış Qələndər Muxtarlının şikayətini təmin etməyib...
14 Sentyabr
Formula 2: Sprint yarışının qalibi mükafatlandırılıb
14 Sentyabr
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilir
14 Sentyabr
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
Qüdrətli dövlət, güclü ordu, yüksək rifah11 Sentyabr 2024

İstək və arzu başqadır, həqiqət və reallıq isə bambaşqa!10 Sentyabr 2024

Ümumavropa qaz təchizatçısı08 Sentyabr 2024

Riyakarlıq xəstəliyi04 Sentyabr 2024

Xankəndidə seçki izdiham02 Sentyabr 2024
Azad və demokratik ənənənin təntənəsi31 Avqust 2024

OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!
TƏQVİM / ARXİV
BE | ÇA | Çə | CA | Cü | Şə | Bz |
1 | 2 | 3 | 4 | 5 | 6 | |
7 | 8 | 9 | 10 | 11 | 12 | 13 |
14 | 15 | 16 | 17 | 18 | 19 | 20 |
21 | 22 | 23 | 24 | 25 | 26 | 27 |
28 | 29 | 30 |